FHN 2 azyaşlını xilas edib

FHN 2 azyaşlını xilas edib
  12 May 2013    Oxunub:1904
2 azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 2 azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Məlumatda deyilir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlılar mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından 5-ci mərtəbədə yerləşən həmin mənzilin eyvanına enərək, içəri daxil olub və azyaşlılar aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 12:20-də başa çatıb.


Teqlər:  





Xəbər lenti