Gənc alimlərin siyahısı dəqiqləşdi

Gənc alimlərin siyahısı dəqiqləşdi
  08 May 2013    Oxunub:1884
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Avropa məkanında yeni çağırışlar: Gənc alimlərin Beynəlxalq Bakı Forumu”nda iştirak edən Avropa ölkələrinin siyahısı təsdiqləndi

AzVision.az-a Gənclər və İdman Nazirliyindən verilən məlumata görə. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, “Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı və EURODOC – Avropa Gənc Alimlər Şurasının təşkilatı dəstəyi ilə 20 – 25 may 2013-cü il tarixlərdə Bakı şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Avropa məkanında yeni çağırışlar: Gənc alimlərin Beynəlxalq Bakı Forumu” keçiriləcəkdir.
Beynəlxalq Bakı Forumunda iştirak edəcək Avropa ölkələrinin siyahısı təsdiqlənib. Aşağıda qeyd olunan 31 ölkədən 160-dan çox gənc alimin və ekspertlərin iştirakı nəzərdə tutulub:

1. Avstriya
2. Belçika
3. Bolqarıstan
4. Xorvatiya
5. Kipr
6. Danimarka
7. Finlandiya
8. Makedoniya
9. Fransa
10. Gürcüstan
11. Almaniya
12. Yunanıstan
13. Macarıstan
14. İtaliya
15. Litva
16. Lüksemburq
17. Hollandiya
18. Norveç
19. Polşa
20. Portuqaliya
21. Rusiya Federasiyası
22. Serbiya
23. Slovakiya
24. İspaniya
25. İsveç
26. İsveçrə
27. Böyük Britaniya
28. Türkiyə
29. Ukrayna
30. Rumıniya
31. Bosniya və Herseqovina

“Avropa məkanında yeni çağırışlar: Gənc alimlərin Beynəlxalq Bakı Forumu”nun Azərbaycandan qatılan iştirakçıların seçimi may ayının 5-də yekunlaşıb.



Teqlər:  





Xəbər lenti