Deputatlar beynəlxalq konfransda iştirak edəcəklər

Deputatlar beynəlxalq konfransda iştirak edəcəklər
  08 May 2013    Oxunub:1271
Milli Məclisin deputatları Elton Məmmədov və Əli Məsimli “İnkişaf üçün əməkdaşlıq: Baltik dövlətləri” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün mayın 9-da Latviyanın paytaxtı Riqa şəhərinə səfər edəcəklər.

Milli Məclisdən AzVision.az-a verilən məlumata görə, Baltik Assambleyasının təşkil etdiyi tədbirdə Avropa İttifaqı çərçivəsində əməkdaşlığın imkanları və gələcək inkişaf perspektivləri, əlaqələrin möhkəmləndirilməsində Baltik dövlətlərinin rolu, habelə parlamentlərin, hökumət və qeyri-hökumət qurumlarının qarşılıqlı fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunacaq.

Millət vəkilləri konfransda müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaqlar.

Səfər mayın 12-də başa çatacaq.


Teqlər:





Xəbər lenti