Müəllimlərlə bağlı ediləcək yenilik açıqlandı

Müəllimlərlə bağlı ediləcək yenilik açıqlandı
  08 May 2013    Oxunub:1312
Diferensial əmək haqqı və mükafatlandırma sistemi hazırlanacaq
Təhsil Nazirliyi Azərbaycanda müəllimlərin hüquqlarının qorunması, iş mühitləri və maddi təminat məsələləri ilə bağlı yenilikləri açıqlayıb. AzVision.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, müəllimlərin fəaliyyəti ilə bağlı yeniliklər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əks olunduğu kimi həyata keçiriləcək.

“Müəllimlərin fəaliyyəti ilə bağlı yeniliklər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əks olunduğu kimi bütün ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları və inkluziv təhsil üzrə məqsədli ixtisasartırma təmin ediləcək, hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistem yaradılacaq. Azərbaycanda müəllimlərin təkmilləşdirilməsi beynəlxalq standartlarla uzlaşdırılacaq, müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sistemi inkişaf etdiriləcək, müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlər yaradılacaqdır. Bununla yanaşı, nəticələrə əsaslanan diferensial əmək haqqı və mükafatlandırma sistemi hazırlanacaq”.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti