Prezident Şəmkirə 2 milyon ayırdı

Prezident Şəmkirə 2 milyon ayırdı
  17 Noyabr 2014    Oxunub:1236
Prezident İlham Əliyev Şəmkirdə yenidənqurma işləri aparılması üçün pul ayırıb.
AzVision.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları ölkənin bütün bölgələrində olduğu kimi Şəmkir rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, "Excelsior" mehmanxanası, Bayraq Meydanı Kompleksi, əlil və şəhid ailələri üçün 3 yaşayış binası, 11 min şagird yerlik 30 məktəb binası tikilmiş, Şəmkirçay su anbarı, Su elektrik stansiyası, uzunluğu 62 kilometr olan magistral su kanalları və çörək istehsalı zavodu inşa edilərək istifadəyə verilib, yeni yollar çəkilib, parklar salınıb, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şəmkir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Şəmkir rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Şəmkir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.



Teqlər:  





Xəbər lenti