"Helikopter yerə, biz əl-ayağa düşdük!" - Video

"Helikopter yerə, biz əl-ayağa düşdük!" - Video
  17 Noyabr 2014    Oxunub:3747
Tanınmış jurnalist, ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev `Hesabat` verilişində cəbhə xəttində düşmən helikopterinin vurulmasına fərqli münasibət şərgiləyib:

-Hər şey qanun çərçivəsindədir. Qanun və məntiq. Hərbi dildə desək, pozuçuluq fəaliyyəti ilə məşğul olan düşmən helikopteri məhv edilib. Qısaca ad və formul belədir. Mənə çatmayan nəsə varsa o da diplomatlarımızın ordumuzdan daha artıq ordu olmaq meyli və bu zaman nümayiş etdirdikləri “sanki özünə bəraət qazandırmaq” cəhdləridir. Bəs əslində necə olmalıdır və necə olmalı idi?

Qarabağ döyüşlərini jurnalist kimi keçmiş biri tək deyə bilərəm ki, hərbi əməliyyatların gedişində tərəflər öz addımlarını əsaslandırmaq üçün doğrudan da bəzi zəruri informasiya hərəkətləri edirlər. Vaxtında, Ağədərədə döyüş əməliyyatları ərəfəsində biz dövlət tele-radio verilişləri şirkətinin müvafiq əməkdaşlarını özünəməxsus şəkildə məcbur eləmişdik ki, erməni tərəfinin qəflətən döyüş fəallığının artırılmasını sübut edən reportajımızın Moskvaya ötürüşünü təmin etsin. Etdik də. Bununla da Ağdərə əməliyyatı ərəfəsində əlverişli informasiya şəraiti yarandı. Yaşayış məntəqəsi separatçılardan təmizlənəndə artıq keçmiş sovet məkanı və bizə lazım olan yaxın dünya bunu ermənilərin addımına cavab kimi qəbul etdi.

İndi isə biz necə deyərlər deyəsən ikinci kruq qayıdırıq. Müdafiə nazirliyinin apardığı genişmiqyaslı təbliğat-informasiya işi, döyüş bölgələrindən və cəbhəyanı zonalardan verilən məlumatlarla işin tənzimlənməsi məqsədilə Prezidentin sərəncamı ortada var. Eyn zamanda hər gün ANS-də daxil olmaqla kütləvi informasiya vasitələri cəbhədə qarşı tərəfin atəşkəsi rejimini 100 dəfəyə qədər və bəzən daha artıq pozduğu barədə xəbərlər yayır. Avqustun əvvəlində baş verənlər isə Azərbaycan tərəfinin əllərini artıq açıb və o düşməni zərərsizləşdirmək üçün istənilən addımı atmağa haqlıdır. Mən hələ Xankəndindən təyyarə uçurmağa hazırlaşan özbaşınalara o zaman etdiyimiz xəbərdarlıqdan danışmıram. O vaxt biz adam dilində başa salmışdıq ki, qeyri-qanuni həyata keçirilən uçuşlar kəsiləcək və təyyarələr vurulacaq. O zaman yadınızdadırsa Sarkisyan da öskürəyə basmışdı ki, mən ilk sərnişin olacam və sair və ilaxır… Ona görə də son hadisəyə təsadüfən atılmış bir addım kimi yanaşmaq, döyüşçünün hədəfə dəyməsinin yaratdığı qəfil vəziyyətin diqtəsi altında guya vəziyyətdən çıxmaq lazım deyil. Prezidentin çıxışla rında dəfələrlə vurğulanıb ki, heç bir hərəkət cavabsız qalmayacaq. Buyurun bu hərəkət də cavabsız qalmadı. Və nəhayət 3 ay əvvəl baş vermiş hadisə zamanı cəmiyyəti biz ifrat ağlaşma qurmaqda, az qala matəm elan etməyə çağırışlarda günahlandırırdıq… İzah etməyə çalışırdıq ki, qardaşlar və bacılar, bu müharibədir, 10 nəfər də, 15 nəfər də itirə bilərik, buna görə də döyüşü dayandırıb səngərdə cümə axşamı düzənləmək lazım deyil.

Bacılar və qardaşlar bu gün biz helikopter vurmuşuq, sabah onlar vura bilərlər, o birisi gün biz 5 helikoter, 10 tank vura bilərik. Belə hadisələrə soyuqqanlıcasına öyrəşmək lazımdır. Nə ifrat lovğalığa, nə də aşırı təvazökarlığa ehtiyac var. Bu sadəcə müharibədir...




Teqlər:





Xəbər lenti