Velosiped turu bitdi və yollar açıldı

Velosiped turu bitdi və yollar açıldı
  05 May 2013    Oxunub:1373
Paytaxtda bağlanmış əsas küçə və prospektlər istiqamətində nəqliyyatın hərəkəti bərpa edilib.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d`Azerbaidjan" beynəlxalq velosiped turunun sonuncu - beşinci mərhələsinin başa çatması ilə əlaqədar paytaxtda bağlanmış əsas küçə və prospektlər istiqamətində nəqliyyatın hərəkəti bərpa edilib.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

"Paytaxtın Neftçilər prospekti, Azneft meydanı, Parlament prospekti, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Hüseyn Cavid, İnşaatçılar prospektləri, Bakıxanov, Səməd Vurğun, Füzuli küçələri, Bülbül prospekti, Zərifə Əliyeva, Puşkin küçələri istiqamətində avtomobillərin hərəkəti bərpa edilib", - Əsədov deyib.

O bildirib ki, sonuncu velosipedçinin də finiş xəttini keçməsindən sonra turun qaliblərinin mükafatlandırılması ilə əlaqədar yalnız Azadlıq meydanı istiqamətində nəqliyyatın hərəkətinə təqribən bir neçə dəqiqə ərzində qismən məhdudiyyətlər qoyulacaq.



Teqlər:





Xəbər lenti