İranın sabiq naziri Qarabağdan danışdı

İranın sabiq naziri Qarabağdan danışdı
  04 May 2013    Oxunub:1296
Biz Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsini pisləyirik.
İranın sabiq xarici işlər naziri, prezidentliyinə namizəd Mənuçehr Müttəki ölkənin Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində yerli ictimaiyyətlə görüşüb.

AzVision.az xəbər verir ki, görüş zamanı M. Müttəki yerli ictimaiyyət nümayəndələrinin İran Konstitusiyasının 15 və 19-cu maddələri, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarını cavablandırıb.

İran prezidentliyinə namizəd Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirərkən deyib: "Biz hər cür təcavüzə qarşıyıq. Azərbaycan xalqı gərək özü bu münaqişəni həll etsin. Qarabağ müharibəsi zamanı İrana pənah gətirən azərbaycanlılar üçün Ərdəbil şəhərində düşərgələr qurulmuşdu. Biz Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsini pisləyirik. Bu işğal nəticəsində 12 mindən çox azərbaycanlı şəhid olub, 1 milyondan insan yurd-yuvalarından didərgin düşüb. İran BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətini pisləyən qətnamələrinə qoşulub".

Sevinc İltifatqızı



Teqlər:





Xəbər lenti