Azərbaycanlı vokalist İtaliyada qalib gəldi

Azərbaycanlı vokalist İtaliyada qalib gəldi
  02 May 2013    Oxunub:1190
Gənc azərbaycanlı vokalist Qran-pri yə sahib olub.
Yasin Həsənov İtaliyada keçirilən nüfuzlu "Sanremo Junior-2013" uşaq vokal yarışmasının qalibi olub. Bu barədə AzVision.az Azərbaycanın Mədəniyyət və turizm nazirliyinə istinadən xəbər verir.

Azərbaycanı xarici ölkədə ilk dəfədir təmsil edən 13 yaşlı vokalist “Qranada” kompozisiyasını ifa edib və jüri yekdilliklə ona yarışmanın əsas mükafatını ona verməyə qərar verib.

Gənc vokalistimiz 20 beynəlxalq yarışmanın laureatıdır. Onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabına” daxil edilib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti