“Jurnalistlər üçün bina 22 iyula hazır olacaq”

“Jurnalistlər üçün bina 22 iyula hazır olacaq”
  02 May 2013    Oxunub:1197
“Prezident İlham Əliyev tərəfindən mətbuat işçilərinə hər zaman qayğı, diqqət göstərilir”.
AzVision.az xəbər verir ki, bu sözləri Kütləvi İnformasiya Vasitələrinin İnkişafina Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Ümumdünya “Mətbuat Azadlığı Günü”nə həsr olunmuş tədbirdə deyib.

V. Səfərli bu günə qədər mətbuatın keçdiyi tarix yolundan danışıb. O, bildirib ki, bu gün ölkə rəhbərinin mətbuata böyük qayğısı var. “Prezident İlham Əliyev tərəfindən mətbuat işçilərinə hər zaman qayğı, diqqət göstərilir. Onların ailə-məşiət şəratinin yaxşılaşdırılması üçündə işlər görülür”.

Jurnalistlər üçün tikilən binadan da danışan Vüqar Səfərli bildirib ki, binanı Milli Mətbuat gününə qədər hazır etmək istəyirlər. “Biz bu binanı 22 iyul Mətbuat gününə hazır etmək istəyirik. O vaxta isə hələ 2 aydan çox müddət qalıb. İnanırıq ki, o vaxta biz binanı hazır edəcəyik”

Anar


Teqlər:  





Xəbər lenti