Bu il məktəb tikintisinə 1,2 milyon manat ayrılıb

Bu il məktəb tikintisinə 1,2 milyon manat ayrılıb
  01 May 2013    Oxunub:1306
2013-cü ildə məktəb tikintisi və təmiri üçün Təhsil Nazirliyinə dövlət investisiya xərclərində 1,2 milyon manat vəsait nəzərdə tutulub
Bu barədə AzVision.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilir ki, 2012-ci ildə Təhsil Nazirliyi tərəfindən yeni ümumi təhsil məktəb binalarının tikintisinə, məktəblərin əsaslı təmirinə və əlavə sinif otaqlarının tikintisinə 84,8 milyon manat vəsait xərclənib.

Xərclənən vəsaitlə nazirliyinin sifarişi ilə 54 yeni məktəb binası tikilib, 15 məktəb əsaslı təmir olunub və 4 məktəb üçün 1160 şagird yerlik əlavə sinif otaqları tikilib.


Teqlər:  





Xəbər lenti