İsa Qəmbərin oğlu həbs edildi

İsa Qəmbərin oğlu həbs edildi
  01 May 2013    Oxunub:1284
Ona 10 sutka həbs verilib.
Bu gün ADNA hadisələri ilə bağlı keçirilən anım mərasiminə qatılan Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər polis tərəfindən saxlanılıb.

NİDA vətəndaş hərəkatının üzvü olan T.Qəmbər Nəsimi rayon 22-ci polis bölməsinə aparılıb.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə o, 10 sutka azadlıqdan məhrum edilib.

Aksiyada tutulan digər müxalifətçilərə, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və Azad Gənclik Təşkilatı üzvü İlkin Rüstəmzadəyə də 10 sutka həbs cəzası verilib.



Teqlər:  





Xəbər lenti