“Azərbaycan ət və taxıl tələbatını ödəyə bilmir”

“Azərbaycan ət və taxıl tələbatını ödəyə bilmir”
  30 Aprel 2013    Oxunub:1302
Bəhmən Əliyev: “Azərbaycanda taxıl və ət məhsullarının tələbatını tam ödəyə bilmir”
AzVision.az xəbər verir ki, bunu jurnalislərə açıqlamasında Kənd Təsərrüfatı nazirinin müavini Bəhmən Əliyev deyib. O, bildirib ki, ölkədə taxıl və ət məhsullarına tələbatında problemlər var:

“Ət və taxıl məhsullarının 20-25 faizinin idxal hesabına ödəyirik. Hesab edirəm ki 2015-ci ildə hazırlanmış dövlət proqramı çərçivəsində bu işləri vaxtlı-vaxtında yerinə yetirəcəyik. Bu il 2,8 milyon ton taxıl istehsal olunub. Düşünürəm ki, 2015-ci ilə kimi idxalı 0-a endirəcəyik. 2015-ci ildə həm ət , həm də taxıl məshulları üzrə biz ixrac potensiallı ölkəyə çevriləcəyik. Bizim 144 ölkə ilə idxal-ixrac əməliyyatlarınmız var. Bunlar meyvə tərəvəz məhsulları kartof konserv məhsulları şirə və sdir. Artıq dünya dövlətləri ilə ticarət əlaqələri qurulub, amma bu iki məhsul üzrə ehtiyaclarımz hələ də tam ödənmir. O səbəbdən əsas məqsəd taxılıçılığı inkişaf etdirəmək, iri təsərrüfatların yaradılmasına təkan verməkdir. O səbəbdən bu gün “Koorperasiya haqqında qanun” gözləyirik. Artıq bu qanun 2-ci oxunuşdadır, qəbul edildikdən sonra bu problem yaranmayacaq”.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti