Güləş “Olimpiada-2020”-nin proqramına daxil edilə bilər

Güləş “Olimpiada-2020”-nin proqramına daxil edilə bilər
  29 Aprel 2013    Oxunub:1873
Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqe məlumat verib
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqenin sözlərinə görə, güləş gələcəkdə 25 əsas olimpiya idman növləri sırasında olmayacaq, lakin Beynəlxalq Olimpiya Komitəsi mayın 29-da Sankt-Peterburqda keçiriləcək iclasından sonra güləşi Olimpiya proqramına daxil edə bilər. Həmin iclasda həmçinin “Olimpiada-2020”-nin paytaxtı müəyyənləşəcək. Bu ada Madrid, İstanbul və Tokio iddialıdır.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi bu il fevralın 13-də Lozannada keçirilən iclasında güləşin “Olimpiada-2020”-nin proqramından çıxarılmasını tövsiyyə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti