Zəlzələ 16 nəfərin həyatına son qoydu

Zəlzələ 16 nəfərin həyatına son qoydu
  25 Aprel 2013    Oxunub:1239
Əfqanıstanın Pakistanla sərhədində zəlzələ baş verdi
Əfqanıstanda ötən gün baş verən güclü zəlzələ nəticəsində 16 nəfər nəfər ölüb, xəsarət alanların sayı isə 119-a çatıb. ABŞ Geoloji Xidmətinin məlumatına görə, 5,6 bal gücündəki zəlzələ Pakistanla sərhəd ərazidə qeydə alınıb. Zəlzələnin ocağı yerin 62 kilometr dərinliyində olub.

Ölkənin şimalındakı Bəlh vilayətində isə leysanın səbəb olduğu daşqın 15 nəfərin həyatına son qoyub. Vilayətin Çimtal və Şulgar rayonlarında təbii fəlakət nəticəsində minlərlə ev su altında qalıb. İnsanlar təhlükəli ərazilərdən çıxarılıb.


Teqlər:





Xəbər lenti