Futbolçu 10 oyunluq cəza aldı

Futbolçu 10 oyunluq cəza aldı
  25 Aprel 2013    Oxunub:1289
Liverpulun Uruquvaylı hücumçusu Luis Suarezə 10 oyunluq cəza verilib.
Liverpulun klubunun hücumçusu Luis Suarez 10 oyunda komandasına kömək edə bilməyəcək. AzVision.az türk mətbuatına itinadən xəbər verir ki, bazar günü Çelsi klubu ilə 2-2 bitən oyunun 68 dəqiqəsində rəqib komandanın müdafiəçisi Branislav İvanoviçin qolunu dişləyən məşhur hücumçu federasiya tərəfindən 10 matçla cəzalandırılıb.

Luis Suarez, 2010-cu ildə Ayaks klubunun formasını geyərkən PSV Eindhovenin oyunçusu Otman Bakkalı-da dişlədiyi üçün yeddi matç cəza almışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti