AMEA-nın yeni prezidenti danışdı

AMEA-nın yeni prezidenti danışdı
  24 Aprel 2013    Oxunub:1118
«AMEA Rəyasət Heyətindən başlayaraq bütün institutlarını əhatə edəcək».
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində universitet və gimnaziya yaradıla bilər. AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA prezidenti Akif Əlizadə deyib. O bu fikirləri akademyanın tərkibində magistraturanın yaradılamsı haqqında danışarkən deyib.

«Bunlar hələ gələcəyin işidir. Bu məsələlər hələ öyrənilməli, təhlil edilməli, daha sonra tədricən həyata keçirilməlidir».

AMEA-nın prezidenti gənclərin elmə gəlməsindən danışıb.

«Əgər gənclər elmə gəlməsə, elmi məktəb bərpa olunmasa, çətin ki, elmimiz inkişaf etsin. Biz gənc elmi kadrların hazırlanmasına diqqətlə yanaşmalıyıq».

Sevinc İltifatqızı





Teqlər:





Xəbər lenti