“Bloomberg” nəşrinin məlumatına görə, İslamabad Hindistanın HHQ-nə məxsus 5 təyyarəni vurduğunu və Hindistan əsgərlərini əsir götürdüyünü açıqlayıb.
Bu arada “Geo” telekanalı Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr departamentinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudriyə istinadən xəbər verib ki, Hindistan hərbçilərinin Pakistana endirdiyi zərbələr nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər isə yaralanıb.
— Newsfeed (@Newsfeed883920) May 6, 2025
Xatırladaq ki, Hindistan-Pakistan sərhədində gərginlik aprelin 22-də Cammu və Kəşmir ştatının məşhur Pahalqam turizm şəhərində terror aktından sonra artıb. Hadisə zamanı 25 Hindistan və bir Nepal vətəndaşı həlak olub.
Hücuma görə məsuliyyəti Pakistanda yerləşən “Ləşkər-e-Taibə” terror təşkilatının qolu olan “Müqavimət Cəbhəsi” öz üzərinə götürüb. Bundan sonra Hindistan və Pakistan arasında qarşıdurma xeyli güclənib və iki ölkə sərhədində atışmalar başlayıb.
— Newsfeed (@Newsfeed883920) May 6, 2025
Sahil İsgəndərov
AzVision.az