Ramin Məmmədov Vyetnamın dini işlər nazirilə görüşüb

Ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini abidələrin, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsinin daim diqqət mərkəzində saxlanıldığı diqqətə çatdırılıb. Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu vurğulayan Dövlət Komitəsinin sədri dinlərarası harmoniyanın, birgəyaşayış ənənəsinin xalqımızın səciyyəvi xüsusiyyəti olduğunu bildirib və Etnik Azlıqlar və Dini İşlər naziri Dao Nqok Zunqu Azərbaycana dəvət edib.
Vyetnam Sosialist Respublikasının Etnik Azlıqlar və Dini İşlər naziri Dao Nqok Zunq dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirib və dinlərarası dialoq fəaliyyətləri üçün tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkələrin təcrübəsinin böyük əhəmiyyət kəsb etdiyini deyib. Azərbaycanın sivilizasiyalar arasında dialoq, əməkdaşlıq və tərəfdaşlığı alternativi olmayan bir istiqamət kimi inkişaf etdirməsini yüksək qiymətləndirən nazir, həmçinin dini sahədə əməkdaşlığın perspektivlərinə toxunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, beynəlxalq aləmdə tolerantlıq və dinlərarası dialoqun, birgəyaşayışın təşviq olunması istiqamətində əməkdaşlığın hər iki qurumun ümumi məqsədlərinə uyğun olduğu vurğulanıb.
AzVision.az
Teqlər: