Aİ Ukraynaya yardımı xeyli artıra bilər

   Aİ Ukraynaya yardımı xeyli artıra bilər
  05 May 2025    Oxunub:817
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini sülhə razı sala bilməsə, Avropa İttifaqı (Aİ) Ukraynaya dəstəyi əhəmiyyətli dərəcədə artırmağa hazırdır.
AzVision.az xəbər verir ki, “X” sosial şəbəkəsində belə paylaşım edən Avropa İttifaqının (Aİ) Müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus bunun “sülhün lehinə inandırıcı arqumentlər” olacağını iddia edib.

Kubilyus indiyədək Aİ və ABŞ-nin Ukraynaya hər il təxminən 40 milyard avro hərbi yardım etdiyini xatırladıb. Lakin, onun sözlərinə görə, bu vəsaitləri birbaşa Ukrayna istehsalçılarından silah alınmasına yönəltməklə daha səmərəli istifadə etmək olardı.

“Rusiyalılar Putinin qəddar müharibəsindən qorxurlar” – The Times
Çünki, Ukraynada istehsal olunan müasir silahların dəyəri Aİ və ya ABŞ-dəki istehsalın təxminən yarısına bərabərdir.

“Bu, Ukraynanın həmin 40 milyard avroya aldığı silahların həcmini faktiki olaraq iki dəfə artırardı. Deməli, bizim dəstəyimizin real dəyəri 80 milyard avroya yüksələ bilərdi”, - avropalı komissar deyib.

Andryus Kubilyus, həmçinin üzv dövlətlərə Ukrayna üçün hərbi satınalmaları maliyyələşdirməyə imkan verən Aİ-nin yeni təhlükəsiz kreditlərinin effektivliyini vurğuladı. Onun fikrincə, “Güc vasitəsilə sülh” formulu məhz belə işləməlidir.

Qeyd edək ki, Böyük Britaniyanın "The Times" nəşri, öz növbəsində, rusiyalıların Putinin Ukrayanya qarşı apardığı amansız müharibədən qorxduqlarını iddia edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     Ukrayna   yardım  





Xəbər lenti