Qeyd olunub ki, dini icmaların sülh və həmrəylik şəraitində birgə yaşadığı Azərbaycan dini, irqi zəmində ayrı-seçkilik, anti-semitizmin heç vaxt qeydə alınmadığı nadir ölkələrdəndir. Dərin tarixi köklərə dayanan və bu günə qədər inkişaf edərək cəmiyyətin gündəlik həyat tərzinə çevrilmiş birgəyaşayış mühiti ölkəmizdə multikulturalizmin ictimai əsasını təşkil edir.

R.Məmmədov Dövlət Komitəsinin dini konfessiyalarla qarşılıqlı əməkdaşlığın inkişafı, dini qurumların fəaliyyətinin dəstəklənməsi istiqamətindəki gördüyü işlər barədə məlumat verib.
Görüşdə, eyni zamanda dünya miqyasında dinlərin mahiyyətinin və humanist dəyərlərinin insanlara doğru şəkildə çatdırılması, müxtəlif dinlərə mənsub insanlar arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsinin önəmi vurğulanıb.