Müxalifət Paşinyana qarşı birləşir

   Müxalifət Paşinyana qarşı birləşir
  06 May 2025    Oxunub:353
Ermənistan parlamentində ikinci ən böyük “Şərəfim var” müxalifət fraksiyası baş nazir Nikol Paşinyana qarşı impiçment kampaniyasına qoşulmağa hazır olduğunu bəyan edib.
AzVision.az bildirir ki, Ermənistan parlamentində jurnalistlərə açıqlamasında belə açıqlama verən “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan, eyni zamanda partiyanın baş nazir postuna öz namizədinin olmadığını deyib.

“Fraksiyamızın bütün deputatları baş nazirə qarşı impiçment proseduruna başlamağa hazır olduqlarını bəyan ediblər. Bizim siyasi qüvvəmiz bunu heç bir ilkin şərt olmadan etməyə hazırdır. Baş nazir postuna bizim namizədimiz yoxdur, lakin mümkün variantları müzakirə etməyə hazırıq”, - Mamicanyan vurğulayıb.

"Ermənistan" Paşinyana qarşı impiçmentə hazırdır
Xatırladaq ki, bir neçə gün əvvəl parlamentdə ən böyük müxalifət fraksiyası olan “Ermənistan” partiyası hökumət başçısının dəyişdirilməsini müdafiə etməyə hazır olduğunu təsdiqləyib. Onun yaydığı bəyanatda Nikol Paşinyanın impiçmentinin təşəbbüskarı olmaq üçün fraksiyanın 28 deputatının hamısının imzasını təqdim etməyə hazır olduğu bildirilir.

İmpiçment prosesinə başlamaq üçün təşəbbüskarlar baş nazirliyə namizəd təklif etməlidirlər. Ermənistan hökumətinin başçısına etimadsızlıq səsverməsi 107 deputatdan azı 54-nün impiçmenti təklifini dəstəkləyəcəyi təqdirdə baş tuta bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Paşinyan   impiçment  





Xəbər lenti