Kenyanın prezidentinə ayaqqabı atdılar - VİDEO

   Kenyanın prezidentinə ayaqqabı atdılar    - VİDEO
  05 May 2025    Oxunub:697
Ölkənin iqtisadi vəziyyəti və artan yaşayış səviyyəsi ilə bağlı xalq qarşısında çıxış edən Kenya prezidenti Uilyam Rutoya ayaqqabı atıblar.
AzVision.az “Reuters” agentliyinə istinadən bildirir ki, cəld reaksiya verən Uilyam Ruto "hücumu" dəf edib və xəsarət almayıb. İctimai narazılığın artması fonunda baş verən insidentlə bağlı polis hadisədə iştirak edən 3 nəfəri saxlayıb.

Xatırladaq ki, 2024-cü ildə Kenyada korrupsiya və hökumətin vergiləri artırmaq planlarına görə başlayan kütləvi etirazlarda polislə toqquşmalarda 40-dan çox adam həlak olub.

İctimai təzyiqdən sonra prezident Uilyam Ruto vergilərin artırılması ideyasından daşınmaqla yanaşı, bir sıra nazirləri işdən çıxardı və müxalifəti hökumətə dəvət etdi. Bununla belə, ölkədə narazılığın səviyyəsi yüksək olaraq qalır.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:





Xəbər lenti