"Xarici İşlər Nazirliyi haqqında Əsasnamə" təsdiqlənib

Qurum, həmçinin Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşlarının məbləği və diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə vəzifə maaşına əlavələr, eləcə də həmin əməkdaşların digər təminatları ilə əlaqədar təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Aparatının müvafiq idarəsinin yaradılması ilə bağlı tədbirlər görəcək, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.
Fərmanla “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində işləyən diplomatik xidmət əməkdaşlarının vəzifələri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1066 nömrəli Sərəncamı ləğv edilib.
AzVision.az
Teqlər: