"Hizbullah"ın strateji silah anbarı dağıdılıb

"Hizbullah"ın strateji silah anbarı dağıdılıb
  06 May 2025    Oxunub:383
İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarında Livana mütəmadi aviazərbələri nəticəsində bu ölkədə fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatına məxsus strateji əhəmiyyətli silah-sursat anbarı bombalanaraq sıradan çıxarılıb.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Biqa vadisində yerləşən anbarda silahlar həm istehsal olunur, həm də saxlanılırdı. Məlumata görə, anbar əvvəllər də İsrailin aviazərbəsinə tuş gəlmişdi. Hazırkı hücuma səbəb kimi isə terrorçuların onu bərpa etmək cəhdi göstərilir.

İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında "Hizbullah"ın həmçinin Livanın cənubundakı daha bir sıra obyektini də sıradan çıxarıb.
HƏMAS-ın raket məntəqəsi dağıdılıb - VİDEO

Xatırladaq ki, ötən gün Qəzza zolağının cənubunda Xan-Yunis şəhərinə aviazərbə nəticəsində Fələstinin iranyönümlü HƏMAS terror təşkilatına məxsus raket buraxılış məntəqəsi, habelə Suriya ilə sərhədboyu Hermon dağında vaxtı ikən Bəşər Əsəd rejimi tərəfindən işlədilmiş hərbi qərargah ələ keçirərək dağıdılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   müharibə  





Xəbər lenti