Türkiyə Netanyahunun təyyarəsi ilə bağlı iddiaları təkzib etdi

Türkiyə Netanyahunun təyyarəsi ilə bağlı iddiaları təkzib etdi
  03 May 2025    Oxunub:994
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli İsrailin Baş naziri Binyamin Netanyahunun təyyarəsinə öz hava məkanlarından uçmağa icazə verildiyi iddiaları ilə bağlı açıqlama verib.
AzVision.az xəbər verir ki, Keçeli öz çıxışında həmin iddiaları təkzib edib.

“İsrail Baş nazirinin təyyarəsinə uçmağa icazə verildiyi barədə iddialar tamamilə səhvdir. Bu istiqamətdə bizə heç bir müraciət daxil olmayıb” , - o bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti