Azərbaycan və Belarus Baş nazirlərinin təkbətək görüşü keçirilib

Azərbaycan və Belarus Baş nazirlərinin təkbətək görüşü keçirilib
  05 May 2025    Oxunub:562
Bu gün Baş nazir Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Baş naziri Aleksandr Turçin ilə görüşüb.
Nazirlər Kabinetindən AzVision.az -a verilən xəbərə görə, Əli Əsədov Belarusun Baş naziri vəzifəsinə təyin olunması münasibətilə Aleksandr Turçini təbrik edib, rəhbərlik etdiyi hökumətə uğurlar arzulayıb.

Hökumət başçıları təkbətək söhbət əsnasında Azərbaycan-Belarus iqtisadi-ticarət əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti