Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib
  05 May 2025    Oxunub:763
Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO-nun İcraçı İdarəetmə üzrə Baş Katibinin köməkçisi Karlo Borgini ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə diplomat “X” hesabında məlumat verib.

"Sülh Naminə Tərəfdaşlıq çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, eləcə də cari inzibati məsələlər ətrafında səmərəli müzakirələr apardıq", – Cəfər Hüseynzadə bildirib.


Teqlər: NATO  





Xəbər lenti