Husilər Təl-Əviv və Aşkelon şəhərlərində hərbi hədəfləri vurub

Husilər Təl-Əviv və Aşkelon şəhərlərində hərbi hədəfləri vurub
  26 Aprel 2025    Oxunub:363
Yəmənin “Ənsar Allah” hərəkatının silahlıları İsrailin Aşkelon və Təl-Əviv şəhərlərindəki hədəflərə pilotsuz təyyarələrlə zərbələr endirib.

AzVision.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya məlumat verib.

"Silahlı qüvvələrimiz PUA-lardan istifadə etməklə iki hərbi əməliyyat həyata keçirib. Birinci əməliyyat zamanı işğal altındakı Yaffa bölgəsində (Təl-Əviv) İsrailin mühüm obyekti hücuma məruz qalıb. İkinci əməliyyatda isə işğal altında olan Aşkelon bölgəsində İsrailin mühüm obyekti hədəf alınıb", - o, “al Masirah” telekanalında bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti