Ukraynaya 410 milyon avro ayrılır

Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, bu gün Vaşinqtonda AYİB prezidenti Odil Renaud-Basso ilə müqavilə imzalayıb.
“Belə bir sənəd Ukraynanın enerji dayanıqlığını gücləndirəcək. Saziş dövlət zəmanəti ilə AYİB-dən 270 milyon avro cəlb etməyi nəzərdə tutur ki, bu da Norveç hökumətinin 140 milyon avro məbləğində qrantı ilə müşayiət olunacaq. Bu, Ukraynanın “Naftogaz” şirkətinə növbəti istilik mövsümünə hazırlıq üçün əhəmiyyətli həcmdə təbii qaz idxal etməyə imkan verəcək”, - deyə Şmıxal qeyd edib.
AzVision.az
Teqlər: