Azərkosmos Monakonun peyk operatoru ilə yeni əməkdaşlığa başlayıb

Azərkosmos Monakonun peyk operatoru ilə yeni əməkdaşlığa başlayıb
  25 Aprel 2025    Oxunub:311
Azərkosmos və Monakonun peyk operatoru “Monacosat S.A.M” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədin imzalanması Azərkosmosun ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı çərçivəsində baş tutub.

İmzalanmış Anlaşma Memorandumu iki şirkət arasında telekommunikasiya, Coğrafi İnformasiya Sistemləri (CİS) və yerüstü infrastruktur sahələrində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Azərkosmos və Monacosat arasında qurulan bu strateji tərəfdaşlıq, hər iki şirkətin peyk və kosmik texnologiyalar sahəsindəki imkanlarını genişləndirməyə xidmət edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti