Litva prezidenti: "Rusiyanı güc yolu ilə dayandırmaq lazımdır!"

      Litva prezidenti:    "Rusiyanı güc yolu ilə dayandırmaq lazımdır!"
  25 Aprel 2025    Oxunub:435
"Rusiyanı şirin sözlərlə dayandırmaq olmaz, güc tətbiq etmək lazımdır".
Bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Peskov: "Litvanın Rusiyaya qarşı ərazi iddiaları var"
O, Ukraynadakı faciələrə də toxunub: “Krivoy Roq, Xarkov, Sumı, indi isə Kiyev alovlanır. Belə cinayətləri şirin sözlərlə dayandırmaq olmaz”.

Nauseda əlavə edib ki, Litva Ukraynanı dəstəkləməyə davam edəcək.

Aprel ayında Litvanın müdafiə naziri Dovile Şakaliene bu il Ukraynaya hərbi yardımın 200 milyon avro təşkil edəcəyini açıqlamışdı. O qeyd edib ki, Vilnüs öhdəlikləri çərçivəsində 110 milyon avro ayırmalıdır, lakin əlavə maliyyə hesabına bu məbləğ artacaq.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Litva   Rusiya  





Xəbər lenti