Türkiyə XİN: 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd olan hər hansı bəyanatı tamamilə rədd edirik

Qeyd olunub ki, Türkiyə qlobal səviyyədə və öz bölgəsində hər zaman sülh, dialoq, qarşılıqlı anlaşma və ortaq rifahın inkişafının tərəfdarı olub.
“Ölkəmiz bu anlayışla arxivlərini açmış, 1915-ci il hadisələrini ədalətli və elmi şəkildə araşdırmaq üçün Birgə Tarix Komissiyasının yaradılmasını təklif etmişdir. Sizə xatırladırıq ki, radikal dairələrin tarixdən düşmənçilik yaratmaq cəhdlərinə təşviq edilməməlidir və Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinə dəstək çağırışımızı təkrar edirik” , - deyə bəyanatda vurğulanıb.
AzVision.az
Teqlər: