Axtarışda olan 75 nəfər saxlanılıb

Axtarışda olan 75 nəfər saxlanılıb
  26 Aprel 2025    Oxunub:404
Aprelin 25-də polsi əməkdaşları ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılmasını təmin ediblər.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarılan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

AzVision.az



Teqlər: DİN   saxlanmalar  





Xəbər lenti