"Qəzzada bir milyondan çox uşaq aclıq çəkir"

 "Qəzzada bir milyondan çox uşaq aclıq çəkir"
  25 Aprel 2025    Oxunub:347
"İsrail-HƏMAS müharibəsi fonunda Qəzza zolağında ərzaq qıtlığı getdikcə artır, bir milyondan çox uşaq risk altındadır".
Bu ifadələr Qəzza hökumətinin mətbuat xidmətinin bəyanatında diqqətə çatdırılır. Vurğulanır ki, zolaqda həyati müəssisələr "boğucu blokada və biabırçı beynəlxalq sükut fonunda" dağılmaqdadır.

"Xəbərdarlıq edirik ki, Qəzza zolağına yardım keçidləri üçün burada humanitar böhran qorxulu sürətlə pisləşməkdədir. Aclıq nəticəsində indiyədək azı 52 nəfər həyatını itirib. Onlardan 50-i uşaqdır", - bəyanatda bildirilir.
BMT: "Qəzzada son bir ayda yarım milyon insan didərgin düşüb"

Xatırladaq ki, keçən ay Fələstinin HƏMAS qruplaşması atəşkəs və əsir mübadiləsi üzrə sazişin uzadılması ilə razılaşmayıb, İsrail də cavabən Qəzzaya humanitar yardımın keçidini dayandırıb. Almaniya, Fransa və Britaniyanın xarici işlər nazirləri birgə bəyanatla İsraili Qəzza zolağına humanitar yardımın keçidinə yenidən icazə verməyə çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   müharibə   aclıq  





Xəbər lenti