Xankəndidə beynəlxalq konfrans keçirilir

 Xankəndidə beynəlxalq konfrans keçirilir
  26 Aprel 2025    Oxunub:431
Xankəndi şəhərində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Simulyasiya Konfransı keçirilir.
AzVision.az xəbər verir ki, ikigünlük konfransda tələbələr müxtəlif ölkələrin nümayəndə heyətləri, beynəlxalq təşkilat və media nümayəndələri kimi müxtəlif rollarda çıxış edəcəklər.


Tədbir COP29-un əsas mövzuları və məqsədləri haqqında maarifləndirmək, gənclərin iqlim fəaliyyətində iştirakını artırmaq və iştirakçılar arasında ünsiyyət və ictimai nitq bacarıqlarının inkişafını təşviq etmək məqsədi daşıyır.


AzVision.az


Teqlər: Xankəndi   Konfrans  





Xəbər lenti