Sahibə Qafarova Papanın dəfn mərasimində iştirak edib

Dəfn mərasimi aprelin 26-da Vatikanda Müqəddəs Pyotr meydanında keçirilib. Dünya dövlətlərinin dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Spiker Sahibə Qafarova Müqəddəs Taxt-Tacın Dövlət Katibi, Kardinal Pietro Parolin və Müqəddəs Taxt Taçın Arxiepiskopu Paul Qalager ilə görüşərək, Azərbaycan Respublikasının Prezindenti İlham Əliyev adından başsağlığını çatdırıb.
Teqlər: Papa