Zelenski və Tramp Romada görüşüblər

   Zelenski və Tramp Romada görüşüblər
  26 Aprel 2025    Oxunub:472
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşüb. Hər iki lider Roma Papası Fransiskin dəfn mərasiminə gəlib.
Bu barədə jurnalistlərə Ukrayna Prezidentin mətbuat katibi Sergey Nikiforov məlumat verib. Liderlər Müqəddəs Pyotr Bazilikasında üzbəüz oturaraq qısa müddətə görüşüblər. Daha sonra onlara Makron və Starmer qoşulub.

Sergey Nikiforovun sözlərinə görə, görüş təxminən 15 dəqiqə davam edib.


Volodimir Zelenski ABŞ Prezidenti ilə görüşü “çox simvolik” adlandırıb. "Yaxşı görüş oldu. Təkbətək çox şey müzakirə edə bildik. Deyilənlərin hamısından nəticəyə ümid edirik. Xalqımızın həyatının qorunması. Tam və qeyd-şərtsiz atəşkəs. Müharibənin təkrarlanmasından qoruyacaq etibarlı və davamlı sülh", - deyə Zelenski "Telegram" hesabında yazıb.

O daha sonra qeyd edib: "Ümumi nəticələr əldə etsək, bunun tarixi olmaq potensialı var. Təşəkkür edirəm, Prezident Donald Tramp!"

Qeyd edək ki, aprelin 26-da Vatikanda aprelin 21-də vəfat edən Papa Fransiskin dəfn mərasimi keçirilib. Mərasimdə minlərlə dindar və 50-yə yaxın dünya lideri iştirak edib. Tədbirdə fevralın 28-də Ağ Evdə baş verən mübahisədən sonra ilk dəfə Zelenski ilə Tramp arasında şəxsi görüş keçirilib.


Teqlər: Ukrayna   ABŞ   Tramp  





Xəbər lenti