17 polis xidmətdən xaric edilib, 13-ü isə vəzifədən azad edilib

17 polis xidmətdən xaric edilib, 13-ü isə vəzifədən azad edilib
  14 Mart 2025    Oxunub:428
Ötən il daxili nəzarət qaydasında aşkarlanmış 118 fakt üzrə 152 daxili işlər orqanının əməkdaşı intizam qaydasında cəzalandırılıb.
AzVision.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, onlardan 17-i xidmətdən xaric olunub:

“Onlardan 13-ü tutduğu vəzifədən azad edilib, 6-nın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 116-sı barəsində digər tənbeh tədbirləri görülüb”.
AzVision.az



Teqlər:





Xəbər lenti