İranın nüvə proqramı ilə əlaqədar üçtərəfli sammit başlayıb - VİDEO

   İranın nüvə proqramı ilə əlaqədar üçtərəfli sammit başlayıb -    VİDEO
  14 Mart 2025    Oxunub:537
Çinin paytaxtı Pekin şəhərində İranın nüvə proqramı məsələsi ilə əlaqədar üçtərəfli (İran, Rusiya və Çin) sammit keçirilir.
Çinin "CCTV" dövlət telekanalının məlumatına görə, sammitə hər üç ölkənin xarici işlər nazirlərinin müavinləri: Ma Çausu, Sergey Ryabkov və Kazım Qəribabadi qoşulublar.
Çin: "İranın nüvə problemi diplomatik yolla həll olunmalıdır"

Ötən həftə ABŞ Prezidenti Donald Tramp nüvə proqramı ilə əlaqədar danışıqların bərpası üzrə rəsmi Tehrana təklif məktubu göndərsə də, iranlı həmkarı Məsud Pezeşkiyan "ABŞ-nin hədə-qorxusuna, əmrlərinə boyun əyməyəcəyini" dilə gətirib.

Xatırladaq ki, 2015-ci ildə İran ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya ilə saziş bağlayaraq, beynəlxalq sanksiyaların ləğvi müqabilində öz nüvə proqramını məhdudlaşdırmağa razılıq verib. Hərçənd 2018-ci ildə Donald Tramp ilk prezidentliyi dövründə sazişdən çıxıb və razılaşma o vaxtdan bəri nəticəsiz qalıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Rusiya   Çin   nüvə-danışıqları  





Xəbər lenti