Yanvarda xarici ticarət dövriyyəsi 4,1 milyard dollar olub

Yanvar ayında qeyri-neft-qaz məhsullarının ixracı 245,8 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 10,7 faiz artıb, real ifadədə isə 10,4 faiz azalıb.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 28,1 faizi İtaliya, 9,5 faizi Türkiyə, 8,1 faizi Rusiya, 7,5 faizi Çin, 5,6 faizi Almaniya, 4,5 faizi Avstraliya, 4,1 faizi Çexiya, 3,8 faizi Birləşmiş Krallıq, 3,7 faizi Xorvatiya, 3,5 faizi Meksika, 2,3 faizi Rumıniya, 2,2 faizi Portuqaliya, 2,1 faizi Yunanıstan, 1,4 faizi Gürcüstan, 1,3 faizi Bolqarıstan, hər biri 1,1 faiz olmaqla ABŞ və İran, 0,9 faizi Ukrayna, 0,8 faizi Braziliya, 0,7 faizi Belarus, 7,7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İxracın 45,9 faizini İtaliyaya, 10,1 faizini Türkiyəyə, 7,5 faizini Almaniyaya, 6,7 faizini Çexiyaya, 6,2 faizini Xorvatiyaya, 3,6 faizini Portuqaliyaya, 3,5 faizini Rumıniyaya, 3,2 faizini Yunanıstana, 2,7 faizini Rusiyaya, 2,4 faizini Birləşmiş Krallığa, 2,1 faizini Gürcüstana, 2 faizini Bolqarıstana, hər biri 0,7 faiz olmaqla Ukrayna və İsveçrəyə, 0,5 faizini Serbiyaya, 0,4 faizini İrlandiyaya, 0,3 faizini İsrailə, hər biri 0,2 faiz olmaqla Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Belarusa, 0,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33 faiz), Türkiyəyə (15,1 faiz), Gürcüstana (10,8 faiz), İsveçrəyə (9 faiz), Ukraynaya (8,9 faiz), İsrailə (3,3 faiz), Qazaxıstana (2,2 faiz), ABŞ-a (2,2 faiz), Almaniyaya (2,1 faiz), Belarusa (1,9 faiz), İtaliyaya (1,8 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Türkmənistana (1,1 faiz), Özbəkistana (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Çin, 16,1 faizi Rusiya, 11 faizi Avstraliya, 8,8 faizi Meksika, 8,5 faizi Türkiyə, 5,9 faizi Birləşmiş Krallıq, hər biri 2,7 faiz olmaqla İran və Almaniya, 2,6 faizi ABŞ, 2 faizi Braziliya, 1,9 faizi İtaliya,1,4 faizi Belarus, hər biri 1,2 faiz olmaqla Yaponiya və Koreya, hər biri 1,1 faiz olmaqla Türkmənistan, Polşa, Hindistan və Ukrayna, 0,9 faizi Qazaxıstan, 0,7 faizi Fransa, 9,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Yanvar ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 23,6 faiz, təzə tərəvəz – 4,9 faiz, şəkər – 51,6 faiz, meyvə və tərəvəz konservləri – 21,7 faiz, çay – 49,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2 dəfə, mineral gübrələr – 15,4 faiz, sement klinkerləri – 6,3 faiz, qara metallardan borular – 3,1 dəfə, qara metallardan çubuqlar – 2,4 dəfə, pambıq ipliyi – 16,4 faiz artıb, meyvə və tərəvəz şirələri ixracı isə 40,1 faiz, bitki yağları – 4,2 faiz, tütün – 62,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 19,9 faiz, kartof – 60,5 faiz, polipropilen – 4,6 faiz, pambıq lifi – 9,6 faiz, elektrik enerjisi – 71,5 faiz, polietilen – 22,5 faiz, emal olunmamış alüminium – 19,1 faiz, bentonit gili – 3,6 faiz azalıb.
2024-cü ilin yanvar ayı ilə müqayisədə bu ilin eyni dövründə buğda idxalı 23,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 2,5 dəfə, xam şəkər – 99,6 faiz, çay – 40,9 faiz, mal əti – 33,1 faiz, minik avtomobilləri – 22,4 faiz, polad prokatı – 27,2 faiz, hesablama maşınları, blok və qurğuları – 53,9 faiz, qara metallardan çubuqlar – 2,6 dəfə, rezin şinlər – 61,2 faiz, yük avtomobilləri – 30,3 faiz, avtobuslar – 3,6 dəfə, paltaryuyan maşınlar – 9,7 faiz, polipropilen – 50,7 faiz, sement – 35,8 faiz artıb, təzə meyvə idxalı isə 6,8 faiz, şokolad və şokolad məhsulları – 4,1 faiz, bitki yağları – 63,3 faiz, unlu qənnadı məmulatları – 23,2 faiz, kartof – 8,1 faiz, quş əti və onun əlavə məhsulları – 21,4 faiz, təzə tərəvəz – 9,7 faiz, dərman vasitələri – 30,4 faiz, qara metallardan borular – 18,6 faiz, mebellər – 47,3 faiz, sintetik yuyucu vasitələr – 32,4 faiz, polietilen – 20,1 faiz, mineral gübrələr – 0,4 faiz, qara metallardan künclüklər – 15,4 faiz, məişət kondisionerləri – 22,4 faiz, məişət soyuducuları – 3,9 faiz azalıb.
AzVision.az
Teqlər: