İrəvan Minsk qrupundan nə vaxt əl çəkəcək?

   İrəvan Minsk qrupundan nə vaxt əl çəkəcək?
  14 Mart 2025    Oxunub:451
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra vasitəçilik formatına, xüsusən də ATƏT-in Minsk qrupuna ehtiyac qalmayacaq.
AzVision.az xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Minsk qrupunun ləğvi məsələsini şərh edərkən belə deyib.

“Sülh müqaviləsi imzalanandan sonra institusional baxımdan münaqişənin başa çatdığını hesab etmək və vasitəçilik formatına ehtiyac duyulmadığını söyləmək mümkün olacaq”, - Ermənistan XİN-in rəhbəri iddia edib.

Prezident: Ermənistan Konstitusiyasını dəyişməli, ATƏT-in Minsk qrupu ləğv olunmalıdır
Mirzoyan onu da əlavə edib ki, Bakı və İrəvan arasında sülh müqaviləsinin mətni artıq razılaşdırılıb və Ermənistan “müqavilənin yeri, vaxtı və digər təfərrüatlarını razılaşdırmaq” üçün mümkün qədər tez Azərbaycanla məsləhətləşmələrə başlamağa hazırdır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev artıq de-fakto mövcud olmayan ATƏT-in Minsk Qrupunun de-yure ləğv olunmasının zəruri olduğunu dəfələrlə vurğulayıb. Çünki bu qrup Qarabağ problemini həll etmək üçün yaradılmışdı. Bu məsələ artıq öz həllini tapıb. Ermənistan isə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Bu baxımdan, Ermənistanın Azərbaycana qoşularaq Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciəti sağlam məntiqin diqtə etdiyi adddım olardı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan   MQ  





Xəbər lenti