Zelenski vəzifədən getmək üzrədir?

   Zelenski vəzifədən getmək üzrədir?
  13 Mart 2025    Oxunub:428
Ukrayna prezidenti Volodimir Zelenski hazırda hakimiyyətdə olmasının “yekun aktındadır”.
AzVision.az xəbər verir ki, adı açıqlanmayan yüksək vəzifəli ukraynalı məmura istinad edən “Financial Times” qəzeti belə məlumat yayıb.

“Ukraynanın siyasi dairələrində Zelenskinin hakimiyyətdə nə qədər qala biləcəyi ilə bağlı müzakirələr başlayıb. Əvvəllər Zelenskini dəstəkləyən Kiyev siyasətçiləri onun Trampla uğursuz danışıqlarından sonra seçkilərə hazırlaşmağa başlayıblar. Onlar müxtəlif ittifaqlar yaradır və ABŞ prezidentinin administrasiyası və onun müttəfiqləri ilə əlaqə saxlayırlar”, - məlumatda deyilir.

Zelenskinin rəqibləri ABŞ ilə gizli danışıqlar barədə xəbərə reaksiya veriblər
Xatırladaq ki, bir müddət əvvəl adları belə əlaqələrdə hallandırılan Ukraynanın keçmiş preizdenti Petro Poroşenko və sabiq baş naziri Yuliya Timoşenko bu xəbərləri təkizb ediblər.

Volodimir Zelenski isə bir müddət əvəvl Ukraynada seçkilərin müharibə başa çatdıqdan və hərbi vəziyyətin ləğvindən sonra keçiriləcəyini bildirmişdi. O, həmçinin qeyd edib ki, Rusiya ilə mümkün 30 günlük atəşkəs daha geniş sülh sazişinin hazırlanması üçün istifadə oluna bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   vəzifə   getmək  





Xəbər lenti