Çin: "İranın nüvə problemi diplomatik yolla həll olunmalıdır"

      Çin:    "İranın nüvə problemi diplomatik yolla həll olunmalıdır"
  13 Mart 2025    Oxunub:430
Sabah Çinin paytaxtı Pekin şəhərində İranın nüvə proqramı məsələsi ilə əlaqədar üçtərəfli (İran, Rusiya və Çin) sammit keçiriləcək.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin mətbuata açıqlamasında söyləyib ki, bütün tərəflər İranın nüvə proqramı ətrafında vəziyyəti gərginləşdirməmək, məsələni münaqişə səviyyəsinə çatdırmamaq üçün "təmkinli davranmalıdırlar".

"Rusiya və İranla danışıqlar kommunikasiya və koordinasiyanı gücləndirmək, dialoqu tezliklə canlandırmaq məqsədi daşıyır. Çin ümidvardır ki, tərəflər birlikdə işləyərək qarşılıqlı etimadı artıra, problemləri diplomatik yolla aradan qaldıra biləcəklər", - xanım sözçü vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Çin   İran   Rusiya   nüvə-danışıqları  





Xəbər lenti