Bişkeklə Düşənbə sərhədlə bağlı razılığa gəldilər - VİDEO

Bişkeklə Düşənbə sərhədlə bağlı razılığa gəldilər    - VİDEO
  13 Mart 2025    Oxunub:428
Dövlət sərhədi haqqında saziş bağlayan Qırğızıstan və Tacikistan nəhayət, onun statusunu müəyyən ediblər.
AzVision.az xəbər verir ki, Rusiyanın “TASS” agentliyi belə məlumat yayıb.

Qeyd edək ki, Sovet İttifaqı dövründə Qırğızıstan və Tacikistan SSR arasında sərhəd formal idi - hasarlar və sərhəd dirəkləri mövcud deyildi. SSRİ-nin dağılmasından sonra dəqiq demarkasiyanın yoxluğu ərazi mübahisələrinə səbəb oldu və bu mübahisələr tez-tez silahlı toqquşmalara çevrildi.

Son illərdə də böyük münaqişələr yaşanıb. 2021-ci ildə döyüşlər üç gün davam edib, 36 Qırğızıstan vətəndaşı həlak oldu, Tacikistan 19 itki verdi. 2022-ci ildə yenidən alovlanan toqquşmalarda ölənlərin sayı 100 nəfəri keçdi.

Bu hadisələrdən sonra iki ölkənin hakimiyyəti sərhədlərin delimitasiyası prosesini sürətləndirmək qərarına gəldi. Bu gün Bişkekdə Qırğızıstan və Tacikistan prezidentləri 2020-ci ildən bağlı qalan keçid məntəqələrinin açıldığını elan ediblər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:





Xəbər lenti