Albaniya "TikTok"u bloklayıb

   Albaniya "TikTok"u bloklayıb
  13 Mart 2025    Oxunub:419
Albaniyanın Milli Kibertəhlükəsizlik Agentliyi ölkənin Elektron və Poçt Rabitə Təşkilatından Çinin "TikTok" sosial şəbəkə platformasına girişin qarşısını almağı tapşırıb.
Yerli mətbuatın məlumatına görə, sözügedən plaftorma Albaniyada bu gündən etibarən bloklanıb.

Albaniya hökuməti hələ 2024-cü ilin noyabrında "TikTok"un ölkə daxilində bir il ərzində bloklanması barədə qərar çıxarmışdı. Bu addıma səbəb kimi həmin günlərdə paytaxt Tirana şəhərində 14 yaşlı məktəblinin başqa bir şagird tərəfindən mübahisə nəticəsində bıçaqlanması göstərilmişdi. Şagirdlər arasında mübahisənin məhz "TikTok"da başladığı diqqətə çatdırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: Albaniya   TikTok   bloklanma  





Xəbər lenti