WSJ: “Putin Trampın səylərinin üstündən xətt çəkir”

      WSJ:    “Putin Trampın səylərinin üstündən xətt çəkir”
  14 Mart 2025    Oxunub:479
ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında atəşkəs razılaşmasına yaxındır. Amma hər şey Rusiya lideri Vladimir Putindən asılıdır və hələlik o, əks istiqamətə meyllidir.
AzVision.az xəbər verir ki, “The Wall Street Journal (WSJ)” nəşrinin iddiasına görə, Putinin mövqeyi Trampı özünün yaratdığı çətin vəziyyətə salıb. Putinin sülh istədiyini deyən və Kiyevə hərbi əməliyyatlara 30 günlük fasilə verilməsini dəstəkləməsi üçün təzyiq göstərən Tramp, Kreml plandan imtina edəcəyi halda, Moskvaya qarşı yeni sanksiyaların tətbiqi barədə vədini yerinə yetirməli olacaq.

“Lakin Moskvanın cəzalandırılması onun Rusiya ilə münasibətləri yaxşılaşdırmaq kimi daha böyük məqsədini təhlükə altına alaraq, onsuz da çətin sövdələşmə yolunda daha bir maneə ola bilər”, - qəzet vurğulayır.

Trampın məqsədinə nail olub-olmaması onun və müşavirlərinin Moskva ilə necə danışıqlar aparmasından asılıdır. Rusiya rəsmiləri atəşkəsi açıq şəkildə rədd etmək əvəzinə, müharibəni bitirmək üçün danışıqlar başlamazdan əvvəl güzəşt tələb edə və Trampa daha çox təzyiq göstərə bilər.

Əsas sual budur ki, Putin Trampın təkid etdiyi kimi sülhə sadiqdir, yoxsa onu qazanmaq üçün lazım olan güzəştlər Trampın Ukrayna və Avropa hökumətlərinin dəstəyi bahasına başa gələcək.

Tramp Rusiyanın əsas banklarını yenidən blokladı
Bununla belə, bir çox analitiklər Putinin son nəticədə bu və ya digər təklifə Trampın təklifinə imza atacağına şübhə ilə yanaşırlar.

- Rusiyanın atəşkəslə razılaşacağına son dərəcə şübhə ilə yanaşıram və onların bu müharibəni sona çatdırmaq istədiklərinə çox şübhə edirəm. Bu baxımdan, həftənin sonuna qədər ABŞ Kremlə qarşı “dağıdıcı sanksiyalar və tariflər” tətbiq edə bilər”, - Donald Trampın ABŞ Senatındakı ən yaxın adamı olan senator Lindsi Qrem “X” sosial şəbəkəsində yazıb.

Eyni zamanda, “WSJ” nəşri bildirir ki, Tramp həm Konqresdə, həm də xaricdə müttəfiqlər tərəfindən Ukrayna danışıqlarına şübhəli yanaşma olduğu barədə heç bir əlamət nümayiş etdirmir. Analitiklərin fikrincə, öz instinktləri ilə və öz ehtimalları ilə hərəkət edən Tramp öz düşüncəsindən başqa heç bir fikrə əhəmiyyət vermir.

Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin Ukraynada dərhal 30 günlük atəşkəs barədə Vaşinqtonun irəli sürdüyü təklifi de-fakto rədd edib. O, Rusiyanın ümumilikdə atəşkəslə “razılaşsa da, “nüanslar” olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Putin   Tramp   səylər  





Xəbər lenti