Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib

 Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib
  14 Mart 2025    Oxunub:659
Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, hərbi attaşe kimi komandir leytenant Gavin Tarbard təyin edilib.

"Onun Azərbaycana gəlişini məmnuniyyətlə elan edirik. Bu, Britaniya-Azərbaycan tərəfdaşlığının güclənməsini vurğulayan tarixi bir addımdır və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq", - məlumatda vurğulanıb.
AzVision.az



Teqlər: Attaşe  





Xəbər lenti