Putin Trampın ideyası ilə razılaşıb

   Putin Trampın ideyası ilə razılaşıb
  25 Fevral 2025    Oxunub:296
Rusiya ABŞ prezidenti Donald Trampın daha əvvəl təklif etdiyi kimi, hərbi xərclərin 50% azaldılması ilə bağlı ABŞ-la danışıqlara hazırdır.
AzVision.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rudiyanın dövlət kanalına müsahibəsində belə deyib.

“Biz bunun əleyhinə deyilik. Düşünürəm ki, bu, yaxşı fikirdir: ABŞ 50 faiz, biz isə 50 faiz ixtisar edərdik. Hesab edirik ki, təklif yaxşıdır və bu məsələ ilə bağlı müzakirələrə hazırıq”, - Rusiya prezidenti bildirib.

Bununla belə, Putin Çinlə müdafiə xərclərinin azaldılması ilə bağlı danışıqlardan imtina edib. Onun sözlərinə görə, bu, Pekinin işidir. Əgər Çin istəsə sonradan ABŞ və Rusiya arasında müvafiq razılaşmaya qoşula bilər.

Xatırladaq ki, fevralın ortalarında Donlad Tramp Ukrayna və Qəzza zolağında hərbi münaqişələr başa çatdıqdan sonra Rusiya və Çinlə müdafiə büdcələrinin və nüvə arsenallarının azaldılması ilə bağlı danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb.

- Düşünürəm ki, hamımız həqiqətən daha məhsuldar olan başqa şeylər üçün istifadə edə biləcəyimiz çox pul xərcləyirik”, - ABŞ prezidenti vurğulayıb.

O, bildirib ki, ABŞ, Rusiya və Çinin “hərbi ehtiyaclara təxminən 1 trilyon dollar xərcləməsi üçün heç bir səbəb yoxdur”.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Putin   silahlanma  





Xəbər lenti