“Ali Radanın Ukraynada demokratiyanın dəstəklənməsinə dair bəyanatı iflasa uğradı. Səsə qoyulan qətnamənin mətnində Zelenskinin prezidentin səlahiyyətlərini həyata keçirməyə davam etməli olduğu bildirilir. Amma parlament vurğulayır ki, Volodimir Zelenkski Uraynanın yeni seçilmiş prezidenti vəzifəsini icra edənə qədər öz səlahiyyətlərini yerinə yetirməlidir”, - Yaroslav Jeleznyak öz Telegram-kanalında yazıb.
Sənəddə deyilirdi ki, seçkilər hərbi vəziyyət dövründə təşkil edilərsə və keçirilərsə, seçki hüququnun bütün milli və beynəlxalq prinsiplərinə əməl edilməyəcək və bu, belə seçkiləri 2024-cü ilin martında Rusiyada Vladimir Putinin yenidən təyin edilməsinə bənzər bir məzhəkəyə çevirəcək.
Həmçinin, prezident Volodimir Zelenskinin mandatının Ukrayna xalqı və Ali Rada tərəfindən şübhə altına alınmadığı bildirilirdi.
- Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Konstitusiyasının 108-ci maddəsinin birinci hissəsinə uyğun olaraq, Ukraynanın yeni seçilmiş prezidenti vəzifəsini icra etməyə başlayana qədər öz səlahiyyətlərini yerinə yetirməlidir. Ukrayna Ali Radası vurğulayır ki, bu gün Ukraynada beynəlxalq ictimaiyyət tərəfindən tanınacaq beynəlxalq müşahidəçilərin dəvəti ilə azad, şəffaf və demokratik seçkilərin təşkilinin qeyri-mümkün olmasına görə məsuliyyət daşıyan Vladimir Putindir”, - təklif olunan qətnamə layihəsində iddia edilirdi.
![]() |
Zelenski Trampla münasibətləri necə tənzimləyə bilər? |
“Ali Rada Ukrayna xalqı adından bəyan edir ki, Ukrayna demokratik ölkə kimi öz ərazisində hərtərəfli, ədalətli və davamlı sülh təmin olunan kimi, Ukrayna parlamentinin qərarı ilə ölkədə prezident seçkilərinin keçiriləcəyini elan edəcək və seçkilərin bütün beynəlxalq standartlara uyğun keçirilməsini təmin edəcək”, - qətnamə layihəsində vurğulanırdı.
Əslində, Ukraynada prezident seçkilərinin keçirilməsini qeyri-müəyyən vaxta təxirə salınmasını nəzərdə tutan bu qətnamənin Ali Radada zəruri olan dəstəyi almaması arıtq ölkənin siyasi isteblişmentində mərkəzdənqaçma əhval-ruhiyyəsinin gücləndiyindən xəbər verir.
ABŞ prezidenti Donald Trampın Volodimir Zelenskini “diktator” adlandırması və onu öz vəzifəsindən bərk-bərk yapışmaqda günahlandırması, sözsüz ki, əhəmiyyətli rol oynayıb. Bu baxımdan, artıq Ukraynadakı bəzi siyasi dairələrin və siyasətçilərin artıq Vaşinqtonla pərdəarxası danışıqlar apardığı istisna olunmur.
Sahil İsgəndərov
AzVision.az